Mirziyayev: Əliyevin dediyi kimi, həm cəzalandıracaq, həm də…

Mirziyayev: Əliyevin dediyi kimi, həm cəzalandıracaq, həm də…

Elə bir istiqamət yoxdur ki, o istiqamətdə biz əməkdaşlıq edə bilməyək və orada nəticə olmasın.

AzerTimes xəbər verir ki, bunları Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

“Biz öz komandamıza bunu həqiqətən qəti şəkildə dedik ki, nəticələr çox ciddi olacaq. İlham Heydər oğlunun dediyi kimi, həm cəzalandıracaq, həm də həvəsləndirəcəyik. Nəyə görə? Ona görə ki, bilirsiniz, bu gün biz ümumiyyətlə öz imkanlarımız və bizim bugünkü əməkdaşlığımızın vəziyyəti barədə çox diqqətlə, çox etimadla, açıq danışdıq. Bilirsiniz, elə bir istiqamət yoxdur ki, o istiqamətdə biz əməkdaşlıq edə bilməyək və orada nəticə olmasın. Sadəcə, bu gün iki Prezidentin möhkəm siyasi iradəsi var və bu gün biz iki Prezidentin həmin iradəsini bizim komandanın məsuliyyətinə əlavə etdik. Düşünürəm ki, komandanın üzvləri, həm Özbəkistan, həm də Azərbaycan tərəfinin nümayəndə heyətinin üzvləri düzgün nəticələr çıxaracaq və dediyim kimi Səmərqənddə görüş tarixi, nəticəli görüş olacaq. Nəticə necə olacaq? Biz öz qarşılıqlı münasibətlərimizi genişləndirməli və həqiqətən yeni platforma, yeni istiqamətlər yaratmalıyıq. İlham Heydər oğlunun dediyi kimi, bu yol xəritəsi real həyata keçirilməlidir. Biz həmin xəritəni tamamlayanda və bir-birimizi başa düşəndə bu, bizim gələcək münasibətlərimizin rəhni olacaq. Əgər biz yol xəritəsini tamamlasaq və düzgün yol xəritəsi qəbul etsək, 2023-cü il nəticəli il olacaq. Düşünürəm ki, gələcək görüşlərimizdə bu nəticə göz qabağında olacaq”, – Şövkət Mirziyayev vurğulayıb.

Teqlər: