Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, bu gün hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Baş prokurorun birinci müavini Elçin Məmmədov gəliblər.