Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 43 saylı Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib.
AzerTimes xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının bu gün elan etdiyi siyahıda 43 saylı seçki dairəsindən Tahir Mirkişilinin namizədliyini irəli sürdüyü məlum olub.
1977-ci il təvəllüdlü, YAP İdarə Heyətinin üzvü Tahir Mirkişili Qubadlı rayonundan olsa da, 5-ci və 6-cı çağırış Milli Məclisə 42 saylı (hazırda bu dairə 43 saylıdır) Sumqayıt ikinci seçki dairəsindən deputat seçilib. Başqa sözlə desək, Mirmahmud Mirəlioğlu hansı dairədən namizədliyini irəli sürdüyünü bilir.
Beləliklə, 43 saylı dairədə ciddi rəqabət olacağı güman edilir.