Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu arasında görüş olub.
AzerTimes xəbər verir ki, bu barədə MHP-nin mətbuat xidməti məlumat yayıb.
Partiya başqanları MHP-nin ofisində bir araya gəliblər.
Qeyd edək ki, bir müddət öncə M.Mirəlioğlunun Türkiyəyə səhhətində yaranan ciddi problemdən dolayı aparıldığı barədə məlumat yayılmışdı.