Mir Şahin bu xanımı yerlə-bir etdi – Video

Mir Şahin bu xanımı yerlə-bir etdi – Video

Mən əslində bu gün sizə reketçilikdən, efir-yayım dələduzlarından, media-pressa yazılmış geyimlərin arxasında min oyundan çıxan şarlatanlardan -dırnaqarası yazarlardan, görüntülü zənglə efirə çıxaraq özünü televiziya sayanlardan, təkadamlıq kameradan, əlindəki telefondan ölkəyə azadlıq vəzzariyyatı oxuyan antiəxlaqlardan bəhs etməliydim.

Görürsüz? Heç bir halda media adamları, jurnalistlər demirəm, “şarlatan yazarlar”, “dələduz göstərənlər”, “reket yayımçılar”… kimi sözlərdən istifadə edirəm. Çünki belələrinin mediaya, mətbuata dəxli yoxdur. Mövzuya əlbəttə, toxunacağıq. Məsələn, özünü jurnalist, media işçisi adlandıran bu qadını əvvəl belə yadda saxlayın: Pərvin Abışova adlı biridir.

MƏN PƏRVİN ABIŞOVAYAM!

Bəs burda daha nə deyir Pərvin Abışova deyilən? Tamaşaçılardan üzr istəyirəm. Səbəbini görəcəksiz. Ağzı yava qadının üz-çənə nahiyəsinin bəzi yerlərini bilərəkdən gizləyəcəyik ki, xüsusi səslər kəsiləndən sonra onun hansı sözlərdən istifadə etdiyini dodaqlarının tərpənişindən də başa düşməyəsiz…

Belə. Özünü media nümayəndəsi tək qələmə verən bu qadını başqa hadisələrin mərkəzində də görə bilirik. Məsələn, küçədə bir neçə nəfərlə birlikdə hansısa qadını döyürlər.

Baxın, bir az əvvəl ağır küçə söyüşləri ilə gördüyünüz o qadın bu dəfə islamın yaşıl geyimində və başı örtülü haldadır. Odur Pərvin deyilən. Öz həməqidəsini, eyni yolun yolçusunu – İfadə adlı bir başqa qadının hərəkətlərini, daha doğrusu əlbəyaxa döyüşünü, söyüşünü qeydə alır.

Və indi bu kadrlara da baxaq… Bu kadrlarda Pərvin Abışova deyilən öz aləmində qazilərin, müharibə iştirakçılarının problemləri ilə məşğul olduğunu imitasiya edir, sorğu-suala çəkir, cavab istəyir.

Deməli, Pərvin deyilənlər tək deyil. Onların sıralarında bir xeyli ad var. Onlar cəmiyyətin ən müxtəlif təbəqələrini təhdid və təzyiq altında saxlayır, belələrini tənqid edənlərin üzərinə mütəşəkkil dəstə kimi şığıyır, təhqir və linç hədəfinə çevirirlər. İstəklərinə müəyyən mənada çatırlar da. Bəziləri öz muxtar abır-həya diyarına qısılıb qalır, bir başqaları “cəhənnəmə ki” deyə boş verir, bəzi həmkarlar isə sadəcə geri çəkilirlər. Amma olmaz belə etmək. Olmaz onların iyrənclikləri qarşısında susmaq. Sonadək gedəcək, onlara öz yerlərini göstərəcəyik.

Başqalarını bilmirəm, hər kəsi öz vicdanının ixtiyarına buraxıram. Amma mən bu davanı qəbul edirəm. Beləliklə, bu mövzuda biz mütləq danışacağıq. Bir az gözləyin. İşləyirəm. Amma indi efirə çıxmağımın səbəbi başqadır. Sosial şəbəkələrin cəmiyyətə yeritdiyi aqressiv ovqat, uğursuzların uğurlulara nifrətinin açıq nümayiş olunduğu müstəvi. Bizi millət olaraq 2024-cü ilə gətirib çıxarmış milli uca keyfiyyətlərimizin kütləvi şəkildə ayaqlanaraq məhv edilməsi. İntiharlara təşviq edilmələri də, arvadına edam cəzası kəsərək çıxardığı hökmün icrasını yayanı da biz sosial şəbəkələrdə görürük. Bəzi həmkarlarım nədənsə bu tendensiyanı ictimai fikir və ya söz azadlığının alternativ platformalarda təzahürü kimi təqdim edir. Amma qətiyyən belə deyil. Ya da çox az belədir. Çünki sosial şəbəkələr hələ ki, daha çox ən aşağı səviyyəli düşüncə yiyələrinin zövqünün hakimiyyət zonasıdır. Burda uğursuz yazıçılar, uğursuz şairlər klassik yazıçı və şairlərimizin, mənəvi tariximizin ən uca məqamında qərar tutmuş şəxsiyyətlərimizin nüfuzunu çirkaba bulaşdırır.

Əslində alternativ media ciddi medianı nüfuzdan salmağa çalışmaqla öz plintus səviyyəsinin hökmranlığını yaratmağa çalışır. Və bu məkanda baş verənləri alqoritmini, infoqramını izləsək görərik ki, daha çox qaragüruhun, qara kütlənin arzularının, görmək, izləmək, eşitmək istədiklərinin yedəyində gedilir. Məhz o dayaqlar zərbə altına alınır ki, dövlətin, xalqın asayişi, rahatığı, təhlükəsizliyi onların üzərində qərar tutub. Məsələn, bu gün Azərbaycanın paytaxtı ən gözəl və ən təmiz şəhərər sırasında ilk üçlükdədir. Ölkəmiz nəinki Qafqazın, bütün bölgənin, bütün dünyanın ən təhlükəsiz bir neçə respublikasından biridir. Bəs daxili sabitliyi kim qoruyur? Azərbacanın hüquq-mühafizə orqanları, o cümlədən polis. Elə huna görə də məhz polis hədəf seçilir. Sosial şəbəkələrdə polisi gözdən salmaq kampaniyası hər gün yeni vüsət alır. Məsələn, polis əməliyyat həyata keçirir və peşə borcunu yerinə yetirərkən itki verir. Sosial şəbəkələrdə amadə dayanan mütəşəkkil qrup dərhal meydana çıxır və polisin fədakarlığını qaralamağa başlayır. Baxmayaraq ki, Azərbahcan polisi öz davranışına görə, peşəkarlığına görə yalnız təqdirə layiqdir. Bizim polis vətəndaşla son dərəcə ehtiyatlı, tədbirli rəftar edir və əslində əməliyyat apararkən şəhid verməsinin səbəbi də elə onun humanizmidir.

İndi isə başqa ölkələrin polsinin davranışını xatırlayaq. Bura Fransadır. Dəfələrlə göstərmişik…

Bura Birləşmiş Ştatlardır. İki gündür ki, dünyanın bütün kütləvi informasiya vasitələri ABŞ polisinin bir qara dərili qadını evində güllələməsindən danışır.

Amma baxın. Sosial şəbəkələrin Azərbaycan seqmenində müəyyən təşkil edilmiş dairələr sanki Azərbaycandan başqa heç yeri görmür. Qərəzli şəkildə ölkənin hüquq-mühafizə oraqnlarınıln, xüsusilə polisin üzərinə yeriyir. Şəbəkələşmiş qüvvələr işi elə aparırlar ki, virtual məkanda bir xaos yaransın. Uşağının boğazına bıçaq dirəyən atanın əlindən körpənin alınması məqsədilə aparılan əməliyyatda potensial terrorçu zərəsizləşdirilir. Bu humanist faktın özü barədə susulur, amma polisin hərəkəti pislənir. Polis ailəsini qalxan kimi qabağa vermiş cinayətkarı yaxalamalıdır, əlbəttə, amma o, eyni zamanda hər şeyi edir ki, qatilin ailəsi zərər görməsin. Bu yolda öz canından keçir. Amma polisin öz səlahiyyəti çərçivəsində əl atdığı güc üsulu ona irad tutulur. Baxmayaraq ki, bir xəstəxananın mühafizəçisinin timsalında biz yanaşmanın tam əksini görürük. Məsələn, mühafizəçi öz səlahiyyətlərini aşaraq xəstə vətəndaşı amansızcasına döyür, bu zaman məhz qaragüruha hesablanmış qüvvələrin prosesi idarə etməsi nəticəsində döyülərək, ağır xəsarət alan xəstə ittiham edilir. Mühafizəçini isə bayaq polisi ittiham edənlər, sosial şəbəkələrdə ucuz bəyənmə naminə ciddi insanlar belə müdafiə edir. İkili standartdır bu. Və təkrar edirəm. Bunu o qüvvələr edirlər ki, oxşar hərəkətin xeyli mülayimini və qanunisini edən polisi təhdid və linçə məruz qoymuşdu.

Unutmamalıyıq ki, bu gün polisin işi 2020-ci ilədək olan işindən dəfələrlə artıqdır. İkinci Qarabağ müharibəsindən sonra insanların əlinə xeyli silah-sursat düşüb. Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatlarda hər gün müsadirə edilən silah-sursatın, narkotik vasitələrin miqdarı, sayı göstərilir. Asayişi hind mahnılarıyla bərpa etmirlər. Biz onların hər gün döyüşə gedən kimi xidmətə çıxdıqlarını başa düşməliyik. Hər bir cinayətkarın əlində silah, hər bir cinayətkarın beynində nəşə ola bilər.

Cinayətkarlar onları əllərində qərənfil gözləmirlər. Sosial şəbəkələrin aşağı “aykü”sünü başa düşürük. Ona görə də burda populyarlıq qazanmışların mütləq əksəriyyəti ya əxlaq düşkünüdür, ya cəmiyyət düşüyüdü, ya da mənəviyyat çatışmazı.

Bir az əvvəl biz sizə Pərvin deyilənin yalnız birisini və əməllərinin də cüzi hissəsini göstərdik. Bir neçə gün sonra qalanlarını da göstərəciyik və əmin olacaqsız ki, heç də biri-birindən az təhlükəli deyillər. Ənənəvi medianı, bizi də belələri alternativ mediada məhz ona görə hədəf seçirlər ki, milli dayaqları mətbuatda bizim təmsil etdiyimiz qüvvə qoruyur…

Teqlər: