Miqrasiya kimi qlobal problemlə qarşı-qarşıyayıq – Şəntop

Miqrasiya kimi qlobal problemlə qarşı-qarşıyayıq – Şəntop

Son illər dünyanın ən ciddi problemlərindən biri məcburi miqrasiyadır. Bu baxımdan, Parlamentlərarası İttifaq çərçivəsində bir proqram təşkil etməyi qərara aldıq. Bu gün miqrasiya kimi qlobal problemlə qarşı-qarşıyayıq. Hesab edirik ki, bu kimi problemlərə qarşı da fövqəladə qərarlar qəbul etmək lazımdır.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

“Lakin bir çox ölkənin, xüsusilə də Qərb dövlətlərinin bu məsələyə laqeyd yanaşdıqlarını düşünürdük. Daha sonra Ukraynada baş verən hadisələr fonunda 7 milyondan artıq insan Avropaya köç etməyə məcbur oldu. Biz bu məsələnin də qlobal əhəmiyyət daşıdığının anlaşılmasının mühüm olduğunu düşünürük”, – Şəntop qeyd edib.

Teqlər: