Miqrasiya ilə bağlı Azərbaycanda yaradılan yeni mərkəz regional təcrübə mübadiləsinə imkan verəcək – BMT rəsmisi

Xəbər - Elçin Mehdiyev – Trend:

Miqrasiya regional əməkdaşlığın və dialoqun genişləndirilməsinə imkan verir.

AzerTimes-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) Yol Xəritəsinin tərtib edilməsi üçün birgə tövsiyələrin hazırlanması məqsədilə keçirilən regional seminarda deyib.

O qeyd edib ki, Azərbaycanda yaradılan Miqrasiya üzrə Regional Təlim Mərkəzi regionda miqrasiya səhəsində bilik və təcrübə mübadiləsinə imkan verəcək:

“Bu istiqamətdə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə və bütün iştirakçılara göstərdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkür edirəm”, – deyə o bildirib.

Teqlər: