Miqrantlar Nyu Yorkdan qaçır: Tramp elan etmişdi

Miqrantlar Nyu Yorkdan qaçır: Tramp elan etmişdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kütləvi deportasiyalar həyata keçirmək vədləri fonunda Nyu Yorkda yaşayan miqrantların sayı nəzərəçarpacaq dərəcədə azalmağa başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, şəhərdə miqrantların sayında azalma təxminən beş aydır ardıcıl olaraq baş verir:

“Noyabrın 17-də şəhərin sığınacaqlarında və digər miqrantların qəbulu mərkəzlərində 57 minə yaxın insan olub ki, bu da onların sayının 69 minə çatdığı yanvar ayı ilə müqayisədə 17% azdır. Bundan əlavə, ABŞ-Meksika sərhədində keçidlər rekord həddə aşağı düşüb”.

Qeyd edək ki, Tramp dəfələrlə ictimai çıxışlarında inauqurasiyadan sonra ABŞ tarixində qanunsuz miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətində olduğunu bildirib.

Teqlər: