MİQ imtahanlarında bu fənn üzrə vakant yerlər cəmi 2 faiz tutulub

Xəbər - Çingiz Səfərli – Trend:

Müəllimlərin İşə qəbulu müsabiqəsinin (MİQ) nəticələrinə əsasən, fənlər üzrə vakant yerlərin tutulma faizi açıqlanıb.

AzerTimes xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli məlumat verib. Onun sözlərinə görə, Azərbaycan bölməsi üzrə alman dili, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya, fiziki tərbiyə, fransız dili, ibtidai sinif, tarix, texnologiya, riyaziyyat fənləri üzrə vakant yerlər 100 faiz, informatika, üzrə 99, ingilis dili üzrə 96, fizika üzrə 90, biologiya üzrə 77, musiqi və kimya üzrə 41, rus dili və təsviri incəsənət müəllimliyi üzrə isə 29 faiz tutulub.

Rus bölməsində isə ibtidai sinif üzrə 100, rus dili və ədəbiyyatı 97, tarix 87, biologiya 86, ingilis dili 85, fransız dili 83, alman dili 65, azərbaycan dili 59, coğrafiya 57, fiziki tərbiyə 48, riyaziyyat 36, musiqi 35, informatika 26, kimya 19, təsviri incəsənət 17, fizika 13, texnologiya müəllimliyi vakansiyası isə 2 faiz həcmində tutulub.


Azərbaycan bölməsində rus dili və təsviri incəsənət, rus bölməsində isə riyaziyyat, musiqi, informatika, kimya, təsviri incəsənət, fizika və texnologiya fənləri üzrə vakant yerlərin tutulma faizi çox aşağı olub”.

N.İsmayılbəyli bildirib ki, bu, müəyyən qədər üzücü məqamdır: “Biz bu vakant yerlərə təkcə tədris ili başlayana qədər deyil, tədris ili başladıqdan sonra da müəllimlərin axtarışını aparırıq. Bəzən həqiqətən namizədlərin tapılmasında çox ciddi çətinlik çəkirik”.

Teqlər: