MİQ imtahanlarında bu fənlər üzrə vakant yerlər tam dolmayıb

Xəbər - Çingiz Səfərli – Trend:

Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanlarının test nəticələrinə görə, kimya, rus dili, musiqi, təsviri incəsənət, Azərbaycan dili (rus bölməsi), coğrafiya, informatika, fiziki tərbiyə, ingilis dili fənləri üzrə elan etdiyi vakant yerlər tam dolmayıb.

AzerTimes xəbər verir ki, bu barədə açıqlama verən təhsil naziri Emin Əmrullayev bəzi fənlər üzrə namizədlərin sayı az olub.

“Təhsil Nazirliyinin yanaşması ondan ibarətdir ki, namizəd 30 baldan yuxarı yığıbsa, müəllim kimi işləyə bilər. Ondan az olanları seçimə buraxmırıq. Düşünmürəm ki, testlər çətin olub. Həmin şəxslərə hazırlaşıb gələn il imtahanda iştirak etməyi tövsiyə edirik”, – deyə nazir qeyd edib.

Teqlər: