MiQ-29-lar naməlum obyektə görə havaya qaldırıldı

MiQ-29-lar naməlum obyektə görə havaya qaldırıldı

Serbiyaya məxsus iki MiQ-29 hərbi təyyarəsi Valevo şəhəri ərazisində naməlum uçan obyekti yaxalamaq üçün havaya qaldırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hava hücumundan müdafiə radarları Valevo şəhəri üzərində 5,5 km yüksəklikdə naməlum obyekt aşkarlayıb. Lakin tezliklə hədəf radar ekranlarından itib. Təyyarələr onu axtarsalar da, obyektin yerini müəyyən edə bilməyiblər.

Teqlər: