Minskdən Varşavaya çağırış: Sakit olun!

Minskdən Varşavaya çağırış: Sakit olun!

Polşanı iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğu iddiası ilə əlaqədar vəziyyəti gərginləşdirməməyə və sakitləşməyə çağırırıq.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, məsələ ilə bağlı Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Martin Voyçexovski nazirliyə dəvət olunub:

“Diplomata məlumat verilib ki, Polşa rəsmilərinin avqustun 1-də Belarusa məxsus iki helikopterin hava məkanını pozması barədə tələsik bəyanatları Belarusun keçirdiyi hərtərəfli yoxlamanın nəticələri ilə təsdiqini tapmayıb. Sübut olaraq, helikopterlərin uçuş marşrutuna obyektiv nəzarətdən əldə edilən məlumatlar nümayiş etdirilib”.

Teqlər: