Belarusu tərk etmiş prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın ofisi və ona yaxın olan digər strukturlar Belarusda “ekstremist birləşmələr” kimi tanınıb.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin saytında bildirilib.
Məlumata görə, bu strukturların internet saytları və sosial media hesabları qadağan edilib.
Bundan əlavə, Tixanovskayanın 2020-ci ildə yaradılmasının təşəbbüskarı olduğu Koordinasiya Şurası da ekstremist birləşmə kimi tanınıb, fəaliyyəti qadağan edilib.