Sülh əldə olunarsa, Ermənistan ATƏT-in Minsk Qrupunun ləğvinin mümkünlüyünü istisna etmir.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Sülh bərqərar olanda bu formatın mövcudluğu suallar yarada bilər. Yeganə sual vaxtdır. Və indi bu mövzunu müzakirə etməyə dəyərmi?” – deyə Paşinyan bildirib.