Xəbər - Cani Babayeva – Trend:
ATƏT Minsk qrupunun indi Ermənistan və Fransanın görmək istədiyi şəkildə olması mümkün deyil. 30 ilə yaxın müddət ərzində onlar sülh yolu ilə heç nə həll edə, hər hansı bir razılaşma əldə edə blmədilər.
Bunu AzerTimes-a rusiyalı politoloq Darya Qrevtsova deyib.
O bildirib ki, Ermənistan və Fransa üçün Minsk qrupunu öz məqsədlərinə görə saxlamaq vacibdir:
“Amma bu, mümkün deyil, çünki artıq məsələ həll olunub. Status barədə hansısa məsələləri qaldırmaq artıq qəbuledilməzdir. Minsk qrupunun rol oynaya biləcəyi növbəti məsələ kommunikasiyaların bərpası və nəqliyyat dəhlizlərinin təşkilində kömək göstərmək ola bilər. Bu, bütün region üçün müsbət addım olardı. Bundan başqa, ATƏT Minsk qrupu humanitar missiyaya cəlb oluna bilər”.
Politoloqun fikrincə, gələcəkdə ATƏT Minsk qrupunun həmsədrləri arasına Türkiyə də daxil ola bilər: “Türkiyənin həmsədrliyi ilə bağlı məsələni qaldırmaq vacibdir”.
(Tərcümə: Orxan Nəbiyev)