Biz beynəlxalq təsisatlara çox inanırdıq. Düşünürdük ki, bu təsisatlar Azərbaycana sülh gətirəcək.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.
Onun sözlərinə görə, bu məsələlərdə Azərbaycan cəmiyyətinin də gözləntiləri özünü doğrultmadı:
“ATƏT-in Minsk qrupu Ermənistanı təcavüzkar adlandırmırdı. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü tam tanımaqla Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı da 4 qətnamə qəbul etmişdi”.