Minlərlə insan Dənizkənarı Milli Parka axın etdi

Minlərlə insan Dənizkənarı Milli Parka axın etdi

Növbədənkənar prezident seçkilərindən sonra Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevə dəstək yürüşü keçirilir.

AzerTimes xəbər verir ki, yürüşdə minlərlə vətəndaş iştirak edir.

Tədbirə qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Azərbaycanın xalq və əməkdar artistləri qatılıblar.

Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edir.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. “Ekzit-poll”arın nəticəsinə görə, İlham Əliyev ən azı 93 faizlə inamlı qələbə qazanıb.

Teqlər: