Minimum orta aylıq pensiya və maaş heç də az deyil

Minimum orta aylıq pensiya və maaş heç də az deyil

Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil.

AzerTimes xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.

O bildirib ki, gələn il üçün ölkədə yaşa görə orta aylıq pensiyanın məbləği 516 manat müəyyən edilib və bu rəqəmə Azərbaycan üçün az demək olmaz:

“Minimum pensiyaya görə minimum əmək haqqı MDB məkanı sırasında həm nominal, həm də alıcılıq qabiliyyətinə görə birinci və ya ikinci yerdədir. Minimum orta aylıq pensiya və əmək haqqı regiona görə heç də az deyil, amma arzulolunan səviyyədən aşağıdır”.

S.Babayev bildirib ki, orta aylıq pensiya daha sürətlə artıb:

“Çünki burada ciddi şəkildə aşağı seqmentdə olan minimum pensiya məbləği 2.7 dəfə artdı. Bunun təsiri ilə pensiyaların növbəti orta aylıq əməkhaqqına görə indeksasiyası ilə orta aylıq pensiya faktiki olaraq 4 il əvvəlki rəqəmlə 2.5 dəfəyə yaxın artıb. Növbəti il indeksasiya baş verəndə orta aylıq pensiyamız da 10 faiz artacaq. Bu da baza ilə müqayisədə artımımızı ciddi şəkildə artıracaq”.

Nazir vurğulayıb ki, hökumətlə mütəmadi şəkildə bu kimi məsələlər müzakirə edilir:

“Əlimizdə əməkhaqqı sisteminə təsir edəcək ən təsirli alət minimum əməkhaqqıdır. Elə həddə çatmaq lazım deyil ki, özəl sektor üçün xüsusi yükə çevrilib qeyri-formallaşmaya meyillik artsın. Qorxulu nöqtə budur. Ona görə də daimi təhlillər aparılaraq tədbirlər görülür”.

Teqlər: