Xəbər - Samir Əli – Trend:
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasov vəzifəsindən azad edilməsi barədə Daxili işlər naziri, general -polkovnik Vilayət Eyvazova raport yazıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumatda bildirilir ki, polis mayorunun işdən azad olunması barədə hələlik əmr yoxdur.