Təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.
“Azərsu” ASC-dən AzerTimes-a bildirilib ki, bununla əlaqədar 22 sentyabr 2021-ci il tarixində Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.