Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına
yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq) 14-ü ilkin
təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
TƏBİB-dən AzerTimes-a verilən məlumata görə, digər 2 nəfərin isə
vəziyyəti stabildir.
Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini
davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.