Mingəçevir şəhərində ümumi sahəsi 24 m² olan dəmir və taxta konstruksiyadan ibarət 3 otaqlı vaqon tipli evin 1 otağında döşəmə 4 m² sahədə yanıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.