Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlər zamanı şəhər ərazisində qanunsuz fəaliyyət göstərən bir
neçə stomatoloji məntəqə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, yoxlamalar zamanı şəhərin
N.Nərimanov,M.Maqomayev prospektləri və Energetiklər qəsəbəsində
yerləşən ümumilikdə üç stomatoloji məntəqənin lisenziya olmadan
fəaliyyət göstərdiyi müəyyən olunub.
Orada çalışan şəxslərin əməllərində İnzibati Xətalar
Məcəlləsinin 210.1-ci ( Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və
ya əczaçılıqla məşğul olmağa görə) maddəsinin tərkib əlamətləri
olduğundan onların barəsində polis əməkdaşları tərəfindən akt
tərtib olunaraq baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib.