Mingəçevirdə kütləvi dava: 2 nəfər bıçaqlandı

Mingəçevirdə kütləvi dava: 2 nəfər bıçaqlandı

Mingəçevirdə bir neçə şəxsin iştirakı ilə dava olub.

AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Gəncə şossesinə çıxış istiqamətində baş verib. Mübahisə zəminində bəçaqlanan 1985-ci il təvəllüdlü Nəsirov Namiq Elman oğlu və 1980-cı il təvəllüdlü İsmayılov Faiq Yusif oğlu təcili xəstəxanaya çatdırılıblar. Faiq İsmayılov mübahisə edən tərəfləri sakitləşdirməyə çalışarkən bıçaqlanıb.

Hadisənin səbəbləri hələlik tam məlum deyil.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarətlərlə bağlı ekspertiza təyin olunub, əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: