Mingəçevirdə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv
koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna
yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi
tərk etmiş şəhər sakini Rəna Qurbanova ilə izahedici söhbətlər
aparıb. O,yaşadığı evə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə
qurumları məlumatlandırılıb.

Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma
aparılır.

Teqlər: