Mingəçevirdə ətraf mühiti çirkləndirənlər barəsində qanuni tədbir görülüb (FOTO)

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə su anbarı yaxınlığında yerləşən ictimai iaşə müəssisələrində müvafiq yoxlamalar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı bəzi obyekt sahibləri tərəfindən sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar onlarla maarifləndirici söhbətlər aparılıb və üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq aidiyyatı üzrə Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.


Teqlər: