Mingəçevirdə azyaşlı uşaq 4-cü mərtəbədən yıxılıb

Mingəçevir. Trend:

Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.

AzerTimes-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin
V.Abdullayev küçəsi, ev 6, mənzil 46 ünvanında qeydə alınıb.

Belə ki, Bakıdan nənəsigilə qonaq gələn 9 yaşlı Dəniz Hüseynli
binanın 4-cü mərtəbəsinin eyvanından yerə yıxılıb. Hadisə
nəticəsində ağır bədən xəsarətləri alan D.Hüseynli Mingəçevir Şəhər
Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün
reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: