Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, “Mersedes Vito” markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 2 nəfər – 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva hadisə yerində, 2020-ci il təvəllüdlü Adəm Həbliyev isə sonradan xəstəxanada dünyasını dəyişib.
Qəza zamanı habelə daha 6 nəfər – 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev və 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva xəsarət alıblar.
Yaralıların vəziyyəti kafi və orta-ağırdır.
Qeyd edək ki, ölən və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan “Mercedes Vito” markalı mikroavtobusda olan sərnişinlərdir.
Faktla bağlı araşdırma aparılır.