Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a bildirilib ki, sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.