Mingəçevir su anbarında ötən ay batan şəxsin meyiti tapıldı

Mingəçevir su anbarında ötən ay batan şəxsin meyiti tapıldı

Mingəçevirdə su anbarında batan Zaqatala rayon sakininin meyiti tapılıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batmış 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: