Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Tanrıqulular avtomobil yolunun tikintisinə 2,1 milyon ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir–Stansiya
Mingəçevir–Bəhrəmtəpə (6 km)–Tanrıqulular avtomobil yolunun
tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6
km)–Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1
milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll edəcək.

Teqlər: