Mingəçevir sakini silahla öldürüldü, saxlanılan var

Mingəçevir sakini silahla öldürüldü, saxlanılan var

Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.

Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: