Mingəçevir sakini dəm qazından zəhərlənib

Mingəçevir sakini dəm qazından zəhərlənib

AzerTimes-ın yerli müxbirin xəbərinə görə, hadisə Günəşli bağlar yaşayış massivi, 10-cu küçədə baş verib.
1964-cü il təvəllüdlü şəhər sakini Mustafayeva İbadət Məhəmməd qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

O təcili xəstəxanaya yerləşdirilib. Durumu ağır olaraq qiymətləndirilir.

Yaxınları onun huşsuz vəziyyətdə 2 saat hamamda köməksiz qaldığını deyiblər.

Faktla bağlı araşdırma aparıllr.

Teqlər: