Mingəçevir elektrik stansiyasına alternativ müasir stansiyanın tikintisi planlaşdırılır – Nazir müavini

Yaxın beş il ərzində Yaşma yaşayış məntəqəsində müasir
texnologiyalar və innovasiyalar əsasında yeni elektrik
stansiyasının tikintisi planlaşdırılır.

Bunu Trend
energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, bu stansiyanın tikintisi üçün həm daxili,
həm də xarici özəl investisiya cəlb etmək nəzərdə tutulur.

“Məlum olduğu kimi, Azərbaycanda köhnə, sovet dövründən qalmış
elektrik stansiyalarının yüksək texnoloji stansiyalarla əvəz
olunması üzrə işlər aparılır. Mingəçevir elektrik stansiyası 2,4
min meqavatt gücündə ölkənin ən iri stansiyalarından biridir. Onun
istifadəsini minimuma endirmək və daha az qaz tələb edən
stansiyaların sayını artırmaq planlaşdırılır. Bu, öz növbəsində,
onu ifadə edir ki, qənaət olunan qazı daxili bazarda istifadə
etmək, yaxud da ixraca yönəltmək olar. Bu istiqamətdə işlər davam
edir, Mingəçevir elektrik stansiyasının istifadəsi
minimallaşdırılır”, – nazir müavini bildirib.

O əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən özəl investorlar
üçün əlverişli şərait yaradılacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: