Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri tədris planına uyğun olaraq Mingəçevir şəhərinin müxtəlif ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında təcrübə keçirlər.
Mingəçevir şəhərində yerləşən 10 saylı “Qərənfil” körpələr evi-uşaq bağçasında təcrübə keçən MDU-nun tələbələri yeni təlim metodlarından istifadə etməklə tərbiyəçi-müəllimlər ilə birlikdə maraqlı tədbirlər həyata keçiriblər. Tələbələr uşaqlara “Tıq-tıq xanım” nağılının motivləri əsasında səhnəcik nümayiş etdiriblər.
Qeyd edək ki, pandemiya şəraitinin mövcud qaydalarına uyğun şəkildə tələbələrin istehsalat təcrübəsində yüksək səviyyədə iştirakının təmin edilməsi MDU-da diqqət mərkəzində saxlanılır