Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə təbriki! universitetin professor-müəllim heyətini təbrik edib:
“5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!
Bu münasibətlə, Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyətinin timsalında Azərbaycan təhsilinin üğurları üçün çalışan bütün müəllimləri ürəkdən təbrik edirəm!
Parlaq gələcəyimizin qurucuları olan yüksək ixtisaslı mütəxəssislər hazırlayan, xalqına və dövlətinə bağlı layiqli vətəndaş yetişdirən müəllimlərimizə yeni-yeni nailiyyətlər diləyirəm!
Ərazi bütövlüyü təmin olunmuş ölkənin müəllimi olmaq daha böyük məsuliyyət yaradır və sonsuz fəxarət hissi yaşadır. Bu hissi yaşadan bütün ŞƏHİDlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm!
Sürətlə müasirləşən MDU ailəsinin bütün üzvlərini bir daha təbrik edir, onlara möhkəm cansağlığı, tədris və elmi fəaliyyətdə bol uğurlar arzulayıram!
Əziz müəllimlər! Peşə bayramınız mübarək olsun!”