Mingəçevir Dövlət Universitetinin əməkdaşı “ASAN xidmət” mərkəzində seminar keçirib (FOTO)

2021-ci ilin 19 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “Pedaqogika və psixologia” kafedrasının əməkdaşı Nərgiz Həsənova “ASAN xidmət” mərkəzində könüllülərə “Eqo və özgüvən” mövzusunda psixoloji seminar keçirib.

MDU-dan AzerTimes-a verilən məlumata görə, seminarda N.Həsənova eqo və özgüvən anlayışlarının mahiyyəti, onlar arasındakı fərqlər, insanın şəxsiyyət kimi formalaşmasında və ətraf aləmlə münasibətlərində bu hisslərin təsirləri haqqında danışıb və mövzu ilə bağlı müxtəlif psixoloji situasiyalara uyğun məsləhətlər verib.

Qeyd edək ki, şəhər və ətraf rayonların hərtərəfli inkişafına töhfə verməyi başlıca strateji vəzəfələrdən biri olaraq müəyyən edən MDU-da universitetdə təhsil alan tələbələrlə yanaşı, region gənclərinin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, karyera yüksəlişi və digər istiqamətlərdə inkişafına xidmət edən layihələrə də xüsusi əhəmiyyət verilir.

Teqlər: