2022-ci ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil
edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran
məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
Gündəliyə uyğun olaraq iclasda “2021-ci il üçün MDU-nun
maliyyə-təsərrüfat fəaliyyəti haqqında”, “MDU-nun elmi tədbirlərdə
iştirakı haqqında” və “MDU-da tələbə təşkilatlarının fəaliyyəti
haqqında” hesabatlar dinlənilib. Müzakirələrdən sonra, rektor
müvafiq tapşırıq və tövsiyələrini verib. Hər üç hesabat Elmi Şura
tərəfindən qəbul edilib.
Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda “Magistratura
və Doktorantura Təhsil Mərkəzinin Əsasnaməsi” təsdiq olunub.