Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan rəsm sərgisi keçirilib (FOTO)

2021-ci ilin 26 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunan “Şəhid Şəhər Xocalı” adlı virtual rəsm sərgisi keçirilib.

MDU-dan AzerTimes-a verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən sərgidə MDU tələbələrinin Xocalı soyqırımının acı mənzərələrini əks etdirən rəsmləri nümayiş etdirilib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının təhsil nazirinin 2 fevral 2021-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində təşkil edilib.

Teqlər: