2022-ci ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Sahibkar kimi düşün” mövzusunda təlim keçirilib. Təlim martın
5-dən etibarən MDU-da rəqəmsal media bacarıqlarının artırılması
məqsədilə təşkil edilən təlim proqramı çərçivəsində baş tutub.
MDU-dan AzerTimes-a
verilən məlumata görə, Universitetin tələbə və magistrantlarının
qatıldığı təlimdə təqdimatla çıxış edən KİM-in direktoru Cəlil
Bağırov sahibkar kimi düşünmək bacarıqlarının inkişaf
etdirilməsinin önəmindən danışıb və iştirakçılara mövzu ilə bağlı
praktiki tapşırıqlar verib.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində
saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının
artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi
önəm verilir. Bu baxımdan MDU-da Karyera və İnkişaf Mərkəzinin
fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.