Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının bölmə iclasları keçirilib.
29 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının “Təhsil və humanitar”, “Təbiət, texnika və texnologiya”, “İqtisadiyyat və idarəetmə” bölmələri üzrə iclasları keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən bölmə iclaslarında MDU-nun magistratura səviyyəsində təhsil alan tələbələrinin məruzələri dinlənilib.
“Təhsil və humanitar” bölməsinin iclasında MDU-nun Pedaqoji fakültəsinin magistrantlarından Kəmalə Hacıyeva “Söz birləşmələrinin tədrisində fəal təlim metodlarından istifadə” mövzusunda, Cəmilə Məhərrəmova “Xarici dillərin tədrisində olan problemlər” mövzusunda, Məsmə Əmiraslanova “İnformatika fənnindən praktiki müstəqil işlərin həyata keçirilməsi istiqamətləri” mövzusunda, Ləman Zeynalova “Günün vacib məsələsi-vətənpərvərlik tərbiyəsi” mövzusunda, Zərin Əliyeva “Ehtimal nəzəriyyəsinin və riyazi statistikanın predmeti” mövzusunda çıxış ediblər.
“İqtisadiyyat və İdarəetmə” bölməsinin iclasında MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin magistrantlarından Nuru Əzizov “Ölkə iqtisadiyyatının şaxələndirilməsində regionların rolu və inkişaf istiqamətləri” mövzusunda, Bəşər Nəcəfov “Rəqəmsallaşma prosesi və onun iqtisadiyyata tətbiqi” mövzusunda, Firuzə Hüseynova “ Azərbaycan dövlətinin vətəndaşın rifahına yönəldilən sosial siyasətinin davamlı səviyyəsi” mövzusunda, Fərid Nurəddinov “Azərbaycan Respublikasında sənaye istehsalının inkişafının stimullaşdırılması məsələləri” mövzusunda, Vüsal Göyüşov “Regionlarda məşğulluğun təmin edilməsində mövcud olan problemlərin səbəbləri və nəticəsi” mövzusunda çıxış ediblər.
“Təbiət, texnika və texnologiya” bölməsinin iclasında Mühəndislik fakültəsinin magistrantlarından Günel Şəmilova “Tanıma məsələlərinin həllini təmin edən üsullar” mövzusunda, Taleh Məmmədov “Günəş energetikası” mövzusunda, Elvin Həşimli “Seçilmiş parametrlərin ekspert rəyinə təsiri” mövzusunda, Sevda Əliyeva “Pestisidilərdən istifadə və onların ekoloji problemləri” mövzusunda, Zəhra Yəhyayeva “Dioksinlər və ona bənzər birləşmələrin toksiki xassələri haqqında” mövzusunda çıxış ediblər.
Maraqla dinlənilən məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, MDU-da tələbə və magistrantların elmi fəaliyyətə aktiv cəlb olunması diqqət mərkəzində saxlanılır, onların elmi potensialının üzə çıxarılması və tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə əlverişli mühitin yaradılmasına xüsusi əhəmiyyət verilir.