Mingəçevir Dövlət Universitetində maarifləndirici seminar keçirilib (FOTO)

2022-ci ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) “Azərbaycan Respublikasının qanunvericilik sistemi”
mövzusunda elmi seminar keçirilib. “MDU-da ideoloji maarifləndirmə
konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunan
seminarda universitetin akademik və inzibati heyət üzvləri,
tələbələr və magistrantlar iştirak ediblər.

MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin
moderatorluğu ilə keçirilən seminarda Azərbaycan Vəkillər
Kollegiyasının üzvü Hüseyn Əsgərov “Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi
kimi” və MDU-nun hüquqşunası Elvin Abbasov “Azərbaycan
Respublikasının normativ hüquqi aktları” mövzusunda məruzələrlə
çıxış ediblər.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
Vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi
məqsədilə tələbə gənclərin ideoloji maarifləndirilməsi diqqət
mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq tədbirlərin həyata
keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: