Mingəçevir Dövlət Universitetində imtahan sessiyasına start verilib (FOTO)

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

İmtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 10 dekabr 2021-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında əyani formada təşkil edilib. İmtahanlara hazırlıq məqsədilə MDU-da hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə bütün zəruri addımlar atılıb.

İmtahan sessiyasında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahan prosesində şəffaflağın təmin edilməsi üçün müvafiq şərait yaradılıb. İmtahan sessiyası zamanı mövcud xüsusi karantin rejiminin müvafiq tələblərinə riayət edilməsi diqqət mərkəzində saxlanılır.

MDU-da imtahan sessiyası 05 yanvar – 02 fevral 2022-ci il tarixlərində əyani formada şifahi şəkildə təşkil ediləcəkdir. Bakalavriat təhsil səviyyəsi üzrə imtahanlar əvvəlcədən təyin edilmiş günlər üzrə I və III kurslar üzrə saat 09:00-da, II-V kurslar üzrə saat 14:00-da təşkil ediləcəkdir. Magistratura və qiyabi təhsil forması üzrə imtahanların saat 12:00-da başlaması nəzərdə tutulub.


Cari imtahan sessiyasıda baş tutacaq 900-dən çox imtahanda 3000-dən çox tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, hər bir fənn üzrə imtahan sualları və həmin sualların qısaldılmış cavabları tələbələrə çatdırılıb.

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Sessiya ərzində “Qaynar xətt”in fəaliyyəti təmin ediləcək, hər həftənin cümə axşamı rektorun iştirakı ilə “Açıq Qapı” günləri keçiriləcəkdir.

Teqlər: