Mingəçevir Dövlət Universitetində bionika ilə bağlı seminar keçirilib (FOTO)

2022-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Magistratura və Doktrantura Təhsil Mərkəzi (MDTM), Karyera və
İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə “Canlı
prototiplər yeni texnikanın açarıdır” mövzusunda tələbə və
magistrantlar üçün seminar keçirilib.

Seminarda MDU-nun magistrantı Aysel Bayramova təqdimatla çıxış
edib. Təqdimatda A.Bayramova biologiya, fizika, kimya və
mühəndislik elmləri ilə sıx bağlılığı olan bionika haqqında ətraflı
məlumat verib, canlı orqanizmlərin quruluşu və həyat fəaliyyətinin
təhlili əsasında mühəndislik problemlərinin həllindən bəhs edib və
müasir texnologiyalarda geniş tətbiq olunan bionika modellərindən
söhbət açıb.

Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və
onların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
tələbə və magistrantların hərtərəfli inkişafı diqqət mərkəzində
saxlanılır, onların əlavə bilik və bacarıqlarının artırılması
məqsədilə müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm
verilir.

Teqlər: