17 yanvar 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “ADA” Universitetinin əməkdaşlarının iştirakı ilə məlumatlandırma görüşü keçirilib. Görüşdə MDU-nun sonuncu kurs tələbələri və magistrantları, gənc əməkdaşları iştirak ediblər.
Məlumatlandırma görüşündə “ADA” Universiteti tərəfindən 2022/2023-cü tədris ilində magistratura səviyyəsində kadr hazırlığı aparılacaq “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” proqramları barədə ətraflı məlumat verilib. Hər iki proqram üzrə tədrisin “ADA” Universitetində və “ADA” Universitetinin Qazax Mərkəzində əyani və distant formada təşkil ediləcəyi bildirilib.
“ADA” Universitetinin əməkdaşları Səidə Nəbiyeva və Mahnur Abbasova təmsil etdikləri ali təhsil müəssisəsinin təqdim etdiyi təhsil imkanları haqqında danışıblar, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Tədbirdən əvvəl MDU-nun rektoru Şahin Bayramov ilə “ADA” Universitetinin əməkdaşları arasında keçirilən görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub.