Ötən gün Kəlbəcərdə minaya düşən Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovun qardaşı ilə danışdım. Bu gün V.İsbəndiyarovun sağ ayağı əməliyyat olunub. Polkovnikin bədəninin digər yerlərində qəlpə yarası yoxdur.
AzerTimes Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat paylaşıb.
O bildirib ki, polkovnikin sol ayağı amputasiya olunsa da, sağ ayağını həkimlər saxlamağı bacarıb və əməliyyat uğurlu olub.
Hazırda onun vəziyyəti stabildir.