Minaya düşən “Azərişıq” əməkdaşının vəziyyəti stabildir – ASC

Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.

“Azərişıq” ASC-dən AzerTimes-a verilən məlumata görə, hadisədən dərhal sonar Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olununb:

“Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”, – məlumatda qeyd edilir.


Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektrik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Teqlər: