Minatəmizləmə üçün zəruri texnika və avadanlıqlar idxal rüsumundan azad edilir

Minatəmizləmə üçün zəruri texnika və avadanlıqlar idxal
rüsumundan azad edilir

AzerTimes xəbər verir ki, bununla
bağlı Nazirlər Kabinetinin 159 № li Qərarına
dair izahda deyilir:

– “Gömrük tarifi haqqında” Qanuna əlavə edilmiş 20.0.21-ci
maddəyə əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
tərəfindən verilən təsdiqedici sənəd əsasında Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə
və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin
minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı
olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi
çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki
vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi
zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin,
partlayıcı və pirotexniki vasitələrin idxalı 2021-ci il oktyabrın
15-dən 5 il müddətinə gömrük rüsumundan azad edilir.

Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli
Qərarının 4.33-cü bəndində də idxal gömrük rüsumuna cəlb edilməyən
və mal nomenklaturasına müvafiq idxal olunan malların Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə
və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin
minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün
istifadəsinin təsdiq edilməsinin Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Aparatı tərəfindən həyata keçirilməsinin müəyyən
edilməsi adıçəkilən Qanunla uyğunsuzluq yaratdığı üçün həmin bənd
ləğv edilir.

Teqlər: