Minatəmizləmə işinin sürətlənməsi üçün yeni texnikalar gətirilir – Agentlik sədri (VİDEO)

Ağdam. Aslan Məmmədli – Trend:

İşğaldan azad olan ərazilərdə mina təmizləmə işlərini sürətləndirmək üçün yeni texnikalar və avadanlıqlar alınır. Bu istiqamətdə sürətli işlər gedir, yeniliklər olacaq.

Bunu AzerTimes-ın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O, əlavə edib ki, artıq yeni texnika və avadanlıqların gətirilməsinə, istifadəyə verilməsinə başlanılıb. Texnikalarla bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

V.Süleymanov daha sonra bildirib: “Hazırda Ağdam rayonunda ulu öndərin anım günündə ağac əkmə aksiyasında iştirak edirik. Bu böyük şərəfdir. Çünki, bu gün əldə olunan bütün nailiyyətlər ulu öndərin qoyub getdiyi inkişafın bəhrəsidir”.

Teqlər: