Minatəmizləmə Agentliyinin idarəolunma qaydası müəyyənləşib

Minatəmizləmə Agentliyinin idarəolunma qaydası məlum olub.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsində” məlumat verilib.

Nizamnaməyə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

Teqlər: